Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oyun məğlubiyyətlə bitdi - yenilənib - VİDEO

Oyun məğlubiyyətlə bitdi - yenilənib - VİDEO

Tarix: 22 Mart 2025 23:42

23:37

Matç bitdi. Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığmasına 0-3 hesabı ilə məğlub oldu.

-------

84-cü dəqiqədə Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq millimizi azlıqda buraxır.

---------
23:28

Haiti yığmasının heyətindən Jan-Jak, 83-cü dəqiqədə hesabı 3:0 edir.

------------
23:08


Haiti Azərbaycan yığmasının qapısına 2-ci topu vurur. Frantsdi Pyerro 62-ci dəqiqədə dubl edir.

-------
22:05

Haitinin heyətində Frantsdi Pyerro 9-cu dəqiqədə hesabı açır.

-------
21:00

Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək Haiti yığması ilə matç üçün start heyətlər açıqlanıb,

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov (k), 3. Elvin Cəfərquliyev, 20. Aleksey İsayev, 6. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 19. Nəriman Axundzadə, 17. Toral Bayramov, 10. Mahir Emreli Baş məşqçi: Fernandu Santuş

Haiti: 1. Pyerr, 8. Eksperiens, 4. Ade (k), 22. Duverne, 2. Arkus, 17. Jan-Yaskes, 14. Pyerr, 21. Attis, 20. Pyerro, 10. Don Dedson, 9. Nazon Baş məşqçi: Sebastien Miqne

------------
10:13

Bu gün Azərbaycan milli komandası 2025-ci ildə ilk oyununa çıxacaq. 

Sonxeber.net xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv yoxlama matçında tarixində ilk dəfə Haiti millisi ilə üz-üzə gələcək. 

Saat 21:45-də start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, hazırda Haiti millisi FİFA reytinqində 86-cı yeri tutur. Azərbaycan yığması isə 117-ci yerdə qərarlaşıb.

Millimiz növbəti yoxlama görüşündə Bakıda Belarusla üz-üzə gələcək.

Yoxlama oyunu

22 mart

21:45. Azərbaycan - Haiti

Hakimlər: Kadir Sağlam, Deniz Caner Ozaral, Anıl Usta (Türkiyə), Fərid Hacıyev (Azərbayan)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. /Qafqazinfo


Etiketlər:  Oyun məğlubiyyətlə bitdi yenilənib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ