Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hande Erçeli görənlər tanıya bilmədi - FOTO

Hande Erçeli görənlər tanıya bilmədi - FOTO

Tarix: 23 Mart 2025 10:55

Məşhur türkiyəli aktrisa Hande Erçel İspaniyadakı tətilindən sonra "Marie Claire" jurnalının aprel sayı üçün kameralar qarşısına keçib.

Sonxeber.net xəbər verir ki, Erçelin cəsarətli geyim seçimi və fərqli görünüşü pərəstişkarlarını təəccübləndirib.

Jurnal üçün xüsusi pozalar verən Hande Erçel sosial şəbəkədəki səhifəsində jurnalın aprel ayı üz qabığını paylaşıb.         

Aktrisanın paylaşımını görən bəzi sosial media istifadəçiləri onu tanımaqda çətinlik çəkib. İstifadəçilər Hande Erçelin fotoşopla çox dəyişdiyini iddia ediblər. Gözəl aktrisaya "Fotoşopu həddən artıq etdin", "Mənə Handemi geri ver", "Bu şəkil Hande Erçeldən başqa hamıya bənzəyir", "Bu adamın Hande Erçellə heç bir əlaqəsi yoxdur" kimi şərhlər yazılıb. /BAKU.WS


Etiketlər:  Hande Erçeli görənlər tanıya bilmədi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ