Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu sanksiyalar Almaniyanın öz iqtisadiyyatını məhv edir''

''Bu sanksiyalar Almaniyanın öz iqtisadiyyatını məhv edir''

Tarix: 23 Mart 2025 15:48

Anti-Rusiya sanksiyaları Almaniya iqtisadiyyatına ziyan vurub və buna görə də onlardan imtina etməyin vaxtı çatıb.

Sonxeber.net  xəbər verir ki, bunu Avropa Parlamentinin üzvü Arno Bauzemer deyib.

O, xüsusən də kənd təsərrüfatı müəssisələrini bürümüş müflisləşmə dalğasına diqqət çəkib. Buna baxmayaraq, Almaniyada hələ də yeni məhdudiyyətlərin tətbiqinin Rusiyaya zərbə vuracağına inananlar çoxdur. Lakin gübrə tarifləri qüvvəyə minərsə, alman fermerləri yenidən əziyyət çəkəcək. Onların xərcləri artacaq və onları istehlakçılara ötürəcəklər.

"Biz görürük ki, Rusiya heç bir şəkildə iqtisadi cəhətdən zərər görməyib, lakin bizim iqtisadiyyatımız bu sanksiyalardan çox zərər çəkib. Buna son qoyulmalıdır", - deputat bildirib. /Publika.az


Etiketlər:  sanksiyalar Almaniyanın iqtisadiyyatını məhv edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ