Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2025 14:32
Bloger Asya Aslanova (Asyafuad) keçmiş həyat yoldaşı, videoqraf Fuad İsmayılovun adını instaqramdan silmək istəyir.
Sonxeber.net xəbər verir ki, bu barədə Asya özü paylaşım edib.
Bildirib ki, profilindəki "Fuad" adını silməyə çalışsa da, bu, mümkün olmur:
"Mən illərdir Instagram-da adımı dəyişə bilmirəm. Hətta mavi tik alsam belə, dəyişmək mümkün olmur. Heç bir üsulla adımı yeniləyə bilmirəm. Orijinal mavi tiki olub adını dəyişənlər də bunu kimə etdirdiklərini demirlər.
100% adı dəyişə biləcək birini tapa bilmirəm. Bəziləri söz xatirinə "edərəm" deyir, amma nəticə olmur.
Xahiş edirəm, əgər kimsə bu işi dəqiq və 100% edə biləcəyinə əmindirsə, məsuliyyəti üzərinə götürə bilirsə, mənimlə əlaqə saxlasın. Artıq bu məsələ mümkünsüz bir vəziyyətə çevrilib.
İnsanlar isə elə bilir ki, mən qəsdən adımı dəyişmirəm".
Qeyd edək ki, Fuadla Asyanın iki övladı var. /Bizim.Media