Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Formula 1 Çin Qran Prisinin qalibi oldu

Formula 1 Çin Qran Prisinin qalibi oldu

Tarix: 23 Mart 2025 14:56

McLaren komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 sinfi üzrə Dünya Avtomobil Yarışı Çempionatının ikinci mərhələsində - Çin Qran Prisində qalib gəlib.

Sonxeber.net-ın məlumatına görə, yarış Şanxayda baş tutub.

Onun komanda yoldaşı britaniyalı Lando Norris ikinci yeri tutub. İlk üçlüyü Mercedes komandasının pilotu britaniyalı Corc Rassel tamamlayıb. Əyləc nasazlığı səbəbindən ispaniyalı Fernando Alonso (Aston Martin) yarışı erkən bitirib.

Piastri Formula 1-də üçüncü dəfə qalib olub. Avstraliyalı sürücü ötən mövsüm Macarıstan və Azərbaycanda keçirilən Qran Pri mərhələlərində qalib gəlmişdi.

Qran Prinin növbəti mərhələsi aprelin 4-dən 6-dək Yaponiyada keçiriləcək. /"Report"


Etiketlər:  Formula Çin Qran Prisinin qalibi oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ