Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2025 12:02
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klub rəhbərliyindən meqa-transfer istəyib.
Sonxeber.net xəbər verir ki, o, "Bayer Leverkuzen"in ulduz yarımmüdafiəçisi Floryan Virtsi komandasında görmək istəyir. Bu barədə "Sportskeeda" məlumat yayıb.
Pep 150 milyon avro dəyəri olan Virtsin transferi ilə bağlı "Siti" rəhbərliyinə şəxsən müraciət edib. İngiltərə klubu 2025-ci ilin yayında Almaniya millisinin üzvünü transfer etmək üçün əlindən gələni edəcək.
Qeyd edək ki, bu mövsüm Virts 37 oyun keçirib, 15 qol vurub və 13 məhsuldar ötürmə edib. /Publika.az