Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2025 18:03
Livan Baş naziri Nəvaf Salam üç aylıq atəşkəsdən sonra İsraillə qarşıdurmanın yenidən başlaya biləcəyi barədə xəbərdarlıq edib.
Sonxeber.net xəbər verir ki, o, iki ölkə arasında müharibə ehtimalının yüksək olduğunu söyləyib.
"Livanın müharibə və sülh məsələlərində qərar verən tərəf olduğunu göstərmək üçün bütün təhlükəsizlik və hərbi tədbirlər görülməlidir", - Salam deyib.
Baş nazirin sözlərinə görə, hücumlar ölkəni yeni müharibəyə sürükləmək riski yaradır, bu da Livan və livanlılara bədbəxtlik gətirəcək.
Xatırladaq ki, İsrail bundan əvvəl Livanın ölkə ərazisini atəşə tutması barədə məlumat yayıb. Bundan sonra İsrailin Livanın cənubuna hava zərbələri endirdiyi bildirilib. /Teleqraf