Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2025 23:36
Braziliya millisinin qapıçısı Alisson komandanın düşərgəsini tərk edib.
Sonxeber.net xəbər verir ki, buna qolkiperin zədələnməsi səbəb olub.
O, DÇ-2026-nın seçmə mərhələsinin Kolumbiya ilə görüşündə (2:1) xəsarət alıb. Beyin silkələnməsi şübhəsi olan qapıçı başgicəllənməsi səbəbindən əvəzlənib. O, "Liverpul"un düşərgəsinə qayıdacaq və İngiltərədə müayinələrdən keçəcək.
Qeyd edək ki, Braziliya növbəti seçmə oyununu səfərdə Argentinaya qarşı keçirəcək. (Bizim.Media)