Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıdan qonaq getdiyi evdə faciəvi şəkildə öldü

Bakıdan qonaq getdiyi evdə faciəvi şəkildə öldü

Tarix: 24 Mart 2025 10:22

Bakıdan Zaqatalaya qonaq gedən şəxs dəm qazından boğularaq ölüb.

Sonxeber.net bildirir ki, hadisə martın 24-ü səhər saatlarında Aşağı Tala kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 34 yaşlı Sənan Məmmədovun meyiti yaşadığı evin hamamında aşkarlanıb. Müayinə zamanı onun dəm qazından boğularaq öldüyü məlum olub.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, S.Məmmədov bayram tətilini doğulduğu rayonda keçirmək üçün Bakıdan Zaqatalaya gəlibmiş.


Etiketlər:  Bakıdan qonaq getdiyi evdə faciəvi şəkildə öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ