Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kartof buna görə bahalaşıb

Kartof buna görə bahalaşıb

Tarix: 24 Mart 2025 18:32

Azərbaycanda kartofun qiyməti kəskin artıb. 

Sonxeber.net xəbər verir ki, son bir neçə gündə kartofun bazar qiyməti 1-1.20 manatdan 1.50 qəpiyə yüksəlib. 

Bəzi tərəvəz mağazalarında kartofun olmamasına da rast gəlinir. 

Ehtimal edilir ki, bazarlarda kartof qıtlığının səbəbi son vaxtlar havaların qeyri-sabit keçməsi ilə əlaqədardır. 

İddia olunur ki, ölkəmizdə sözügedən məhsulun saxlama məntəqələrinin kifayət qədər olmaması səbəbindən tonlarla kartof don vurmadan məhv olub. 

İrandan da Azərbaycana kartofun ixracı dayandığı deyilir. 

Ehtimal edilir ki, qarşıdakı günlərdə ölkədə kartofa olan təlabatı təmin etmək üçün Paksitandan idxal ediləcək. /Qaynarinfo


Etiketlər:  Kartof buna görə bahalaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ