Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bred Pittin yaxşılığı başına bəla oldu

Bred Pittin yaxşılığı başına bəla oldu

Tarix: 24 Mart 2025 19:05

Hollivud ulduzu Bred Pittin etdiyi yaxşılıq başına bəla olub. 

Sonxeber.net xəbər verir ki, aktyor 2005-ci ildə baş verən "Katrina" qasırğasında evini itirənlərə 109 yeni mənzil inşa etdirib istifadəyə vermişdi. 

Bred bunu qurucusu olduğu "Make It Right" adlı xeyriyyə cəmiyyəti vasitəsilə edib.

Lakin cəmiyyətin inşa etdiyi evlərdə ciddi problemlər meydana gəlməyə başlayıb. Mənzillərin bir çoxunda nəmişlik olub və böcəklər meydana çıxıb. 

"The Sun"ın yaydığı məlumata görə Bred Pitt bu evlərə 12 milyon dollar pul xərcləyib. 20 ildən sonra isə həmin mənzillərdə yaşayan sakinlər aktyoru məhkəməy veriblər. Onlar indi Bred Pittdən 20.5 milyon dollar təzminat tələb edirlər. 

61 yaşlı aktyor gərgin iş qrafikində çalışdığı üçün bu barədə açıqlama verməkdən imtina edib. /BAKU.WS


Etiketlər:  Bred Pittin yaxşılığı başına bəla oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ