Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2025 10:20
"Səbail"in qış fasiləsində "Erzurumspor"a buraxmadığı yarımmüdafiəçi Rüfət Abdullazadəyə yeni maraq göstərənlərin hamısı Premyer Liqa təmsilçisidir.
Sonxeber.net sportinfo.az-a istinadən xəbər verir ki, futbolçu ilə "Neftçi", "Sabah" və "Zirə" maraqlanır.
24 yaşlı cinah oyunçusunun hazırkı klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-a qədərdir.
Bu mövsüm 25 görüşdə 5 qol vuran və 4 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşən "Sumqayıt"ın yetirməsinin "Səbail"də qalıb-qalmaması yekun turnir cədvəlindən asılıdır.