Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onun nüvə silahı proqramı olmamalıdır və ola da bilməz''

''Onun nüvə silahı proqramı olmamalıdır və ola da bilməz''

Tarix: 25 Mart 2025 11:39

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bəyan edib ki, Donald Tramp Administrasiyası İranın nüvə proqramını tamamilə ləğv etməyə çalışır.

"Azad İran" "Telegram" kanalı bu barədə xarici KİV-ə istinadən xəbər verib.

"İran bütün dünyanın aydın görəcəyi bir şəkildə nüvə proqramını tərk etməlidir. İranın nüvə silahı əldə etmək istəyindən tamamilə əl çəkməsinin vaxtı çatıb, çünki onun nüvə silahı proqramı olmamalıdır və ola da bilməz", - deyə Ağ Evin müşaviri vurğulayıb.

İranın regional siyasətinə toxunan Mayk Uolts qeyd edib ki, ABŞ İranın proksi qüvvələri vasitəsilə törətdiyi dağıntıların və ölümün şahidi olur".


Etiketlər:  Onun nüvə silahı proqramı olmamalıdır bilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ