Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2025 13:25
"Avroviziya" təmsilçilərimizdən olan müğənni Samirə Əfəndi açıqlaması ilə diqqət çəkib.
Sonxeber.net bildirir ki, sənətçi şəxsi həyatı ilə bağlı gəzib dolaşan xəbərlərə "Maqazin plyus" verilişində aydınlıq gətirib.
Müxbirin "Boğazınızda "K" hərifli boyunbağınız var. Bu sevgilinizin adının ilk hərifidir?" sualına Samirənin cavabı belə olub:
"Bu mənə özəl olan məsələdir. Bu mənə məxsusdur. Hətta görürsünüz o "K" hərifi də kiçikdir. Yəni gözə soxmaq üçün böyük deyil. O şəxs onsuzda bilir mənim onu sevdiyimi. Bəlkə heç sevgilimin deyil, anamın, bacımın övladının adının baş həridir? Bu mənə çox özəl və qırmızı xəttimdir".
S.Əfəndi bildirib ki, sevdiyi şəxslə 10 ildən artıqdır ki, münasibətdədir:
"Uzun müddətlik sevgi münasibətləri olmur, hörmət və qayğı olur. Lənət olsun içimdəki, insan sevgisinə (gülür). Sevgi, qayğı, dürüstlük... Nə verəcəksənsə qarşılığında da onu alacaqsan. Bu elə bir mövzudur (münasibət - red.) ki, bitməz... Əgər 10 ildir ki, bitməyibsə demək ki, bundan sonra da bu mövzu bitməz". /Olay.az