Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messinin ''Barselona''da oynayacağı tarix məlum oldu

Messinin ''Barselona''da oynayacağı tarix məlum oldu

Tarix: 25 Mart 2025 15:56

Futbol tarixinin ən möhtəşəm oyunçularından biri Lionel Messinin "Barselona"da oynayacağı tarix məlum olub.

Sonxeber.net xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi 37 yaşlı hücumçu ilə 2026-cı ilin yayında keçiriləcək dünya çempionatından sonra müqavilə bağlamaq niyyətindədir.

Məhz həmin vaxt "Barselona"nın ev oyunlarını keçirdiyi "Kamp Nou"nun yenidənqurmadan sonra təntənəli açılış mərasimi gözlənilir. Rəhbərlik azarkeşlər üçün ikiqat bayram təşkil etmək istəyir. Həm tarixi stadionun yeni görkəmdə rəsmi açılışı, həm də ulduz futbolçunun təqdimat mərasiminin eyni gündə gerçəkləşməsi planlaşdırılır.

Messi peşəkar futbolçu karyerasını qəlbən bağlı olduğu "Barselona"da bitirməyi arzulayır. 

Hazırda "Barselona" müvəqqəti olaraq, "Olimpik Lyuis Kompanis" stadionunda oynayır. Komandanın "Kamp Nou"da cari mövsümün sonlarından etibarən çıxış etmək ehtimalı var. Lakin həmin vaxt stadion 60 mindən çox azarkeş qəbul edə bilməyəcək. Yenidənqurma işləri 2025/26 mövsümünün axırlarında tam yekunlaşacaq.

Xatırladaq ki, Messi 2003-2021-ci illə r aralığında "Barselona"nın formasını geyinib, 6 dəfə "Qızıl top" qazanıb, 4 dəfə Çempionlar Liqasının qalibi olub. Dörd il öncə İspaniyadan köçən futbolçu öncə Fransanın PSJ, daha sonra isə ABŞ-ın "İnter Mayami" klubuna keçib. /Offsideplus.az


Etiketlər:  Messinin Barselonada oynayacağı tarix məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ