Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cennifer gecə saatlarında əylənərkən ''tutuldu'' - FOTO

Cennifer gecə saatlarında əylənərkən ''tutuldu'' - FOTO

Tarix: 25 Mart 2025 23:00

Hollivud aktrisası Cennifer Eniston keçmiş ərinin toyu elan olunduqdan bir neçə gün sonra çilili həmkarı Pedro Paskalla görüşərkən görüntülənib.

Sonxeber.net bildirir ki, cütlük gecəni Qərbi Hollivudda keçirib.

Paparatsiyalar Eniston və 49 yaşlı Paskalın yerli restoranda üç saatlıq şam yeməyindən sonra "Sunset Tower" otelinin dayanacağında söhbət edərkən çəkməyə nail olublar.

Görüşdə Cennifer tünd göy cins şalvar, qara jilet və ağ köynək geyinib. Pedro isə mavi cins şalvar, qara köynək və qəhvəyi rəngli dəri gödəkçədə olub.

Aktyorların nahara ayrı-ayrılıqda gəldiyi və restoranı da eyni şəkildə tərk etdikləri məlum olub. 

Sosial şəbəkələr dərhal cütlüyün mümkün romantikası haqqında danışmağa başlayıb. 

Qeyd edək ki, Cennifer Eniston iki dəfə evlənib. İlk əri 5 il evli olduğu və Ancelina Coliyə ayrılan Bred Pitt olub. Bu ayrılığı çox ağır qəbul edən aktrisa cəmi 10 il sonra yenidən evlənib: onun seçdiyi aktyor Castin Teru olub. 2018-ci ildə cütlük ayrıldıqlarını elan ediblər. Və bu yaxınlarda məlum olub ki, aktyor yenidən - özündən 23 yaş kiçik aktrisa ilə evlənib. Şayiələrə görə, bu, Eniston üçün sürpriz olub. Pedro Paskal heç vaxt evlənməyib və övladı yoxdur. O şəxsi həyatını gizli saxlayır. /Olay.az


Etiketlər:  Cennifer gecə saatlarında əylənərkən tutuldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ