Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2019 15:01
FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, “Dinamo” (Ukrayna, Kiyev) – “Lugano” (İsveçrə) oyununun baş hakimi olacaq. Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, görüş dekabrın 12-də Kiyev şəhərindəki NSK Olimpiyski stadionunda keçiriləcək.