Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda erməni müğənninin konsertini kim təşkil edir?

Bakıda erməni müğənninin konsertini kim təşkil edir?

Tarix: 1 Aprel 2025 18:10

Anası erməni olan, 1981-ci il təvəllüdlü rusiyalı estrada müğənnisi Aleksey Çumakovun aprelin 20-də Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcəyi xəbəri sosial şəbəkələrdə tənqid edilib.

Sonxeber.net xəbər verir ki, konsert proqramını reklam edən "33 Events" şirkətinin rəhbəri Elxan Peysaxov Teleqraf-a açıqlamasında konsertin təşkilatçısının onun şirkətinə aid olmadığını deyib.

"Şirkət mənə məxsusdur. Amma Aleksey Çumakovun konsertinin təşkilatçılığı bizim şirkətə deyil, Moskva şirkətlərindən birinə aiddir", - deyə E.Peysaxov deyib.

Bakı Konqres Mərkəzindən isə bildirilib ki, konsertin təşkilatçısının adının açıqlanmasına icazə verilmir.

Xatırladaq ki, Aleksey Çumakovun konsertinə biletin qiymətləri 49-599 manat aralağındadır.

Qeyd edək ki, Aleksey Çumakovun anası Liliya Avanesovna ermənidir, keçmiş "Dağlıq Qarabağ"da doğulub. Atası ilə bolqardır. İfaçı özü Özbəkistanda anadan olsa da, hazırda Rusiya vətəndaşıdır.


Etiketlər:  Bakıda erməni müğənninin konsertini təşkil edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ