Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Poroşenkodan Zelenskiyə təcili çağırış

Poroşenkodan Zelenskiyə təcili çağırış

Tarix: 1 Aprel 2025 23:30

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko təbii sərvətlərlə bağlı sazişi ölkənin suverenliyinə təhlükə adlandırıb və Volodimir Zelenskini təcili olaraq parlament fraksiyalarının rəhbərləri ilə görüşməyə çağırıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Ukrayna xalqının danışıqlar barədə bütün vacib xəbərləri xarici KİV-lərdən öyrənməsi qəbuledilməzdir. Ölkə daxilində isə hər kəs təbliğat marafonunun isti vannasına qərq olmaqda davam edir", - deyə Poroşenko bildirib.

Ukraynanın keçmiş prezidenti bəyan edib ki, Zelenskinin komandasının qeyri-peşəkar qərarları səbəbindən ölkə ABŞ ilə sazişin parametrlərini siyasi memorandum çərçivəsində müəyyən etmək imkanını itirib. O, həmçinin qeyd edib ki, ölkədə başlayan anti-Amerika isteriyası vəziyyəti daha da pisləşdirə bilər.


Etiketlər:  Poroşenkodan Zelenskiyə təcili çağırış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ