Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Deyirdilər ki, Holand Aqueronu əvəzləyəcək, amma...'' - Qvardiola

''Deyirdilər ki, Holand Aqueronu əvəzləyəcək, amma...'' - Qvardiola

Tarix: 6 Aprel 2025 14:46

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "şəhərlilər" sabiq hücumçusu Serxio Aqueronun və cari mövsümün sonunda komandanı tərk edəcəyi dəqiqləşən Kevin De Bröynenin əvəzolunmaz olduqlarını bildirib.

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, "City Xtra" onun sözlərini belə çatdırıb:

"İnsanlar deyirdilər ki, Holand Aqueronu əvəzləyəcək, amma Serxio vurduğu qollara görə yox, çox şeydə əvəzolunmazdır. Onda da Erlinqdəki kimi nəsə bir unikallıq var idi. Aquero "Mançester Siti" tarixinin ən vacib qolunu vurub. "Kuinz Park Reyncers"in qapısına vurulan qolu hamı xatırlayır. Təəssüf ki, bəzi şeyləri əvəzləmək olmur.

Belə futbolçularla vidalaşmaq çox ağırdır! Onların həmişəlik komandada qalmasını istəyərdim! Serxio əbədidir... İndi də Kevin De Bröyne".

Xatırladaq ki, 33 yaşlı De Bröyne aprelin 4-də "Mançester Siti"dən ayrıldığını bəyan edib.


Etiketlər:  Deyirdilər Holand Aqueronu əvəzləyəcək amma Qvardiola


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ