Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İradə İngiltərəyə köçür?

İradə İngiltərəyə köçür?

Tarix: 7 Aprel 2025 22:15

Müğənni İradə İbrahimova İngiltərədə ev almaq istədiyini açıqlayıb.

Sonxeber.net bildirir ki, bu haqda sənətçi "İncə səhər" verilişinə müsahibəsində danışıb.

İ.İbrahimova bu istəyini qızı İpəyin İngiltərədə təhsil alması ilə əlaqələndirib:

"Qızım ya "Oxford", ya da "Harvard" Universitetində oxumaq istəyir. Əgər universiteti qazanarsa, orada yaşaya və ev ala bilərəm. Uşaqlarım sahəsində orada yaşamaq arzum gerçəkləşər".

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzərlə ailə həyatı qurub. Cütlüyün 2010-cu ildə İpək adlı qız övladları dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlan övladı dünyaya gətirib.  Hazırda isə İradə İbrahimova ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır. (axşam.az)


Etiketlər:  İradə İngiltərəyə köçür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ