Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mourinyonun qərarının PƏRDƏARXASI – Zədələr səbəbindən az oynadılıb!

Mourinyonun qərarının PƏRDƏARXASI – Zədələr səbəbindən az oynadılıb!

Tarix: 8 Aprel 2025 11:44

Futbol üzrə Türkiyə Super Liqasının 30-cu həftəsində Fənərbaxça öz meydanında Trabzonspor üzərində 4-1 hesablı qələbə qazanıb.

Sonxeber.net xəbər verir ki, oyundan sonra Fənərbaxçanın baş məşqçisi Joze Mourinyo azarkeşlərin İrfan Can Kahveciyə olan dəstəyindən məmnun qaldığını bildirib.​

Mourinyo, İrfan Canın mövsüm ərzində bir sıra xırda zədələr yaşadığını və bu səbəbdən ona daha az oyun vaxtı verdiyini açıqlayıb. O, Fənərbaxçanın milyonlarla azarkeşinin hər birinin fərqli fikirlərə sahib olduğunu, lakin qərarları yalnız bir nəfərin - baş məşqçinin verdiyini vurğulayıb.​

Mourinyo, azarkeşlərin İrfan Canın adını səsləndirməsindən məmnun olduğunu, lakin bu cür dəstəklərin onun qərarlarına təsir etmədiyini bildirib. O, İrfan Canın mövsüm ərzində yaşadığı problemləri nəzərə alaraq, ona daha az şans verdiyini qeyd edib./ajans.az


Etiketlər:  Mourinyonun qərarının PƏRDƏARXASI Zədələr səbəbindən oynadılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ