Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2025 22:35
Xanəndə Mirələm Mirələmov uşaqlıq illərinə qayıdaraq həyat hekayəsindən söz açıb.
Sonxeber.net bildirir ki, bu haqda 36 yaşlı sənətçi qonaq olduğu "Gün ortası" verilişində danışıb.
M.Mirələmov bildirib ki, ailəsinə maddi dəstək olmaq üçün 10 yaşından çalışmaq məcburiyyətində qalıb:
"Uşaqlıq yaşlarından işləməyə başladım. Beləcə evə maddi dəstək olurdum. 10-12 yaşım vardı. Bu yaşıma rəğmən çəkdiyim o yükü başa düşürdüm. Mənim üçün xoş olub. Əsas valideynlərimə az da olsa öz gücümlə maddi köməklik etmişəm. O zamanlar mən oxumurdum. Oxumağın nə olduğunu tam dərk etmirdim. Musiqili məktəbə gedirdim və onunla bərabər o işləri görürdüm. O zaman bunları dərk edib-etmədiyimi bilmirdim. Ruhən və cismən bu işi görmək məcburiyyətində idim. Artıq 11 yaşımda düşüncə olaraq böyüdüm". (olay)