Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2025 04:16
20:53
"Siqaretlərin bahalaşması ilə bağlı yayılan xəbərlər yalandır".
Bu barədə Oxu.Az-a istehsalçı şirkətdən məlumat verilib:
"Bəzi saytlar və sosial şəbəkələrin siqaretlərin qiymətlərinin artırılması ilə bağlı xəbərləri doğru deyil".
Qeyd edilib ki, "OBA" marketlər şəbəkəsinin mağazaları özbaşına qiymət artımı edib:
"Siqaretlərin bahalaşması ilə bağlı xəbərlər yalandır. İstehsalçı şirkət olaraq, heç bir qiymət artımı etməmişik. OBA marketlər şəbəkəsinin mağazaları özbaşına qiymət artımı edib".
-----------
18:05
Azərbaycanda siqaretlərin qiymətində artım müşahidə olunur.
Sonxeber.net xəbər verir ki, bütün növ siqaretlər üzrə qiymətlərdə 10 qəpik artım qeydə alınıb.
Sözügedən artımın nə ilə bağlı olması vətəndaşlarda sual doğurub.
Xatırladaq ki, Kent, Sobrania, Winston və s. siqaret markaları bir müddət əvvəl də 20 qəpik bahalaşmışdı.