Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2025 17:54
Bakı şəhərində aparılan online sorğuya əsasən, paytaxt sakinlərinin taksi xidməti seçərkən diqqət yetirdikləri əsas meyarlar və sifarişə təyin olunan avtomobil əvəzinə başqası gəlməsi halları ilə bağlı suallar verilib. Dörd məşhur taksi sifarişi xidməti üzrə aparılan sorğu istifadəçi prioritetlərini aydın şəkildə göstərir.
Hansı səbəbdən bu xidməti istifadə edirsiniz?
Bolt istifadəçiləri:
41%-tətbiqin rahatlığı
29% qiymətlərin münasibliyi
19% taksinin sürətli təyin olunması
9% Gedişlərin güvənilir və təhlükəsiz olması
Uber:
18%-tətbiqin rahatlığı
38% qiymətlərin münasibliyi
27% taksinin sürətli təyin olunması
13% Gedişlərin güvənilir və təhlükəsiz olması
189 TAXI:
19%-tətbiqin rahatlığı
10% qiymətlərin münasibliyi
71% Gedişlərin güvənilir və təhlükəsiz olması
Yango:
23%-tətbiqin rahatlığı
27% qiymətlərin münasibliyi
33% taksinin sürətli təyin olunması
17% Gedişlərin güvənilir və təhlükəsiz olması
Taksi sifariş etdiyiniz zaman təyin olunan avtomobildən başqası gəlirmi?
Bolt
Bəli 67%
Xeyr 33%
Uber
Bəli 62%
Xeyr 38%
189 TAXI
Bəli 20%
Xeyr 80%
Yango
Bəli 60%
Xeyr 40%