Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2025 20:15
Müğənni Xatirə İslam açıqlaması ilə diqqət çəkib.
Sonxeber.net bildirir ki, sənətçi instaqram üzərindən ona ünvanlanan suallara cavab verib.
O, "Yenidən ana olmaq istəmirsiniz?" sualına özünəməxsus cavab verib:
"Artıq ana olmaq istəmirəm. Düşünürəm ki, hər şey zamanında gözəldir. 50 yaşında "uşaq bezi" oynadım? Uşaq olana, böyüyənə qədər mənim artıq 50 yaşım olacaq".
Onu da bildirək ki, Xatirə Fəxrəddin Musazadə ilə ailəlidir. Onların bu evlilikdən Emil adlı bir oğul övladı var.