Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqları öpərkən diqqətli olun! - XƏBƏRDARLIQ

Uşaqları öpərkən diqqətli olun! - XƏBƏRDARLIQ

Tarix: 22 Aprel 2025 00:15

Uşaqları öpərkən diqqətli olmaq lazımdır.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, həkim-infeksionist Mərdan Əliyev bildirir ki, immun sistemi güclü olan böyüklərdəki hər hansı gizli infeksiya, immun sistemi zəif olan uşaqları öpən zaman qalıcı fəsadlar yarada bilər.

Həkim deyir ki, hətta bu cür yoluxan epsteyn barr virusu var ki, buna "öpüş" xəstəliyi də deyirlər. Uşaqlarda qızdırma, halsızlıq, boğaz ağrısı, limfa düyünlərinin böyüməsilə gedən xəstəlikdir. Ağız suyu yoluyla yayılır.

Həkim bildirir ki, böyüklərdə bəzən gizli şəkildə təzahür edə bilən və sağalan bu xəstəliklər, uşaqlar üçün çox böyük təhlükə yarada bilər. Odur ki, diqqətli olmaq vacibdir.


Etiketlər:  Uşaqları öpərkən diqqətli olun XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ