Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfsanəvi Serxio Ramosu belə ələ saldı - VİDEO

Əfsanəvi Serxio Ramosu belə ələ saldı - VİDEO

Tarix: 22 Aprel 2025 13:52

Karyerasının sonlarında Meksiya üz tutan ispan futbolunun əfsanəsi Serxio Ramosun oyun zamanı görüntüsü gündəm olub.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, müdafiəçi penalti yerinə yetirməyə hazırlaşan zaman qəribə halla üzləşib.

Diqqəti çəkən məqam isə rəqib komandanın qapıçısının ona qarşı etdiyi hərəkət olub.

Belə ki, qolkiper penalti zərbəsi öncəsi arxasını Ramosa çevirərək, onu ələ salıb. 

Sözügedən anlar sosial şəbəkələrdə də geniş müzakirələr yaradıb.

Qeyd edək ki, 39 yaşlı futbolçu karyerası ərzində "Sevilya", "Real Madrid", "Psj" kimi Avropa nəhənglərinin formasını tərlədərək uğurları ard-arda sıralayıb. O, İspaniya millisi ilə Dünya və Avropa çempionu titulunu da qazana bilib. 

Tural


Etiketlər:  Əfsanəvi Serxio Ramosu belə ələ saldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ