Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hər kəs oradan ağlayaraq çıxıb''

''Hər kəs oradan ağlayaraq çıxıb''

Tarix: 2 May 2025 09:20

Əməkdar artist Nigar Şabanova qalmaqallı açıqlama verib.

Sonxeber.net xəbər verir ki, sənətdən küsdüyünü etiraf edib.

"Ümumiyyətlə, məni xanəndəlikdən, dəfdən və muğamdan küsdürdülər. Çox istərdim ki, sadəcə bir-iki müəllimin tələbələri deyil, bütün tələbələr teatrda "Leyli və Məcnun" rolunu oynaya bilsinlər. Dəyişiklərin hər tərəfli olmasını arzulayıram. Mən oynamasam da, çox istedadlı xanəndələrimiz, dostlarımız var. Allahın verdiyi səsə şükürlər olsun. Çox mötəbər tədbirlərdə çıxış edirik. Başımız və sənətimiz ucadır.

O rolu çox da gözəl oynamışam. Biletləri cibimdən satmadan, kimlərə vermədən bütün zalı doldurmuşam. Hər kəs oradan ağlayaraq çıxıb. Bu gün mən hansısa müəssədə çalışaramsa, ora xeyrim dəyəcək ki, ziyanım yox. Sevənlər gəlib, canlı dinləyəcəklər".

Hüseyn


Etiketlər:  Hər kəs oradan ağlayaraq çıxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ