Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mən ölsəydim, onsuz necə darıxdığımı bilərdim'' - göz yaşı tökdülər - VİDEO

''Mən ölsəydim, onsuz necə darıxdığımı bilərdim'' - göz yaşı tökdülər - VİDEO

Tarix: 2 May 2025 11:50

Tanınmış şair Cığatel İsaqızı efirdə duyğusal anlar yaşayıb. 

Sonxeber.net xəbər verir ki, o, bir müddət əvvəl oğlunun övladı ilə birgə düşdüyü ağır qəzadan danışıb. Sözügedən hadisədə nəvəsini itirən şair oğlunun dediyi sözləri ondan üzr istəyərək, səsləndirib.

Övladının dünyasını dəyişən nəvəsi barədə söylədikləri studiyadakı hər kəsi göz yaşlarına boğub:

"Oğlumdan üzr istəyərək, ilk dəfədir oğlumun adından danışıram. Mən onun ağladığını görməmişdim. Heç bir reaksiyasını göstərmirdi bizə. İçində çəkir. İki dəfə əməliyyat olunub, ayağı da hələ sağalmayıb. Həkimə getmir ki, birdən yaxşı cavab almaz. Düşünür ki, Süleymandan sonra sağalmasa nə olacaq?

Deyir ki, ana, darıxıram. Ona cavabım olaraq nəvə övladdan şirindir dedim, mən də eyni hissi yaşayıram. "Mənim darıxdığımı hiss edə bilməzsən. Mən ölsəydim, onsuz necə darıxdığımı bilərdim" dedi. Bu söz ölənə qədər mənimlə qəbir evinə gedəcək. Allah heç bir valideynə elə darıxmaq göstərməsin. Övladının dəfnini görmədi, özü xəstəxana ağır vəziyyətdə idi. Deyir ki, elə bilirəm, uşaq havaya yoxa çıxıb". 

Həmin kövrək anları təqdim edirik:

Hüseyn


Etiketlər:  Mən ölsəydim onsuz necə darıxdığımı bilərdim göz yaşı tökdülər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ