Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pezeşkianın oğlu “Traktor”un çempionluğuna belə reaksiya verdi - FOTO

Pezeşkianın oğlu “Traktor”un çempionluğuna belə reaksiya verdi - FOTO

Tarix: 3 May 2025 09:42

İran Prezidenti Məsud Pezeşkianın oğlu Mehdi Pezeşkian Təbrizin "Traktor" klubunun ölkə çempionu olmasına reaksiya verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Mehdi Pezeşkian instaqram hesabında paylaşım edərək bunları yazıb:

"Bütün sadiq azarkeşləri, bu çətin və qeyri-bərabər yolda sükut və hay-küy içində həmişə komandanın arxasında olub. "Yaşasın Traktor!" deyə qışqıranların hamısını təbrik edirəm. Təcrübəli baş məşqçi, texniki heyət və cəsur oyunçulara xüsusi təşəkkürlər! Asiya Çempionatını qazanmaq ümidi ilə".

Qeyd edək ki, Təbriz təmsilçisi tarixində ilk dəfə İran Pro Liqasının qalibi olub.


Etiketlər:  Pezeşkianın oğlu Traktorun çempionluğuna belə reaksiya verdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ