Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2025 00:45
Əməkdar artist Mətanət İsgəndərli açıqlaması ilə diqqət çəkib.
Sonxeber.net xəbər verir ki, sənətçi ilk efirə çıxdığı dövrdən danışıb:
"Azərbaycan televiziyasına ilk dəfə Eldar Mansurovun mahnıları ilə çıxmışam. O vaxt Eldar Mansurov baş redaktor idi. Tarixçəsi uzundur, amma o mahnıları oxuduqdan sonra Almaniyaya getdim, 4-5 ay orada qaldım. Məni Almaniyadan buraxmırdılar, dedilər ki, burada qal. 1994-cü ildən danışıram. Mən Mahnı və Rəqs Ansamblında solist kimi işləyirdim, hələ tanınmamışdım. Türkiyəyə qastrol səfərinə getmişdik. Sərhəd açılandan sonra ilk gedınlərdən olmuşam. Qrupla getmişdik, Əməkdar artistlər, Xalq artistləri idi, 35 nəfər idik. Məni orada görüb, Almaniyaya dəvət etdilər. Məni Türkiyədə də, Almaniyada da saxlayırdılar ki, getmə. Amma mən Vətənimi qoyub heç yerdə qala bilmərəm". (olay)