Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO

Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər  - VİDEO

Tarix: 9 May 2025 00:48

Qramla satılan parfümlər insan sağlamlığı üçün fəsadlar yarada bilər.

Mütəxəssislər bununla bağlı xəbərdarlıq edirlər.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, ətirlərin bir qramının qiyməti

3 manatdan başlayır və 30 manata qədər yüksəlir. Belə məhsulları bir çox satış nöqtələrində asanlıqla almaq olur.

Mütəxəssislərin fikrincə, qoxusu marka parfümlərdən seçilməyən bu ətirlər dəridə müxtəlif problemlərlə yanaşı, bəzən daha ciddi xəstəliklərin yaranmasına yol açır.

Həkim-dermatoloq Anar Mahmudov keyfiyyətsiz ətirlərin insan orqanizmi üçün təhlükəli olduğunu bildirir. Mütəxəssis deyir ki, belə kosmetik məhsulların tərkibində zərərli kimyəvi maddələrə rast gəlinir. Bəzən bu kosmetik məhsullar allergiyadan tutmuş sağalmaz xoralara qədər çox şeyə səbəb ola bilər.

Həkim sertifikatı olmayan ətir və parfümeriyadan istifadənin təhlükəli olduğunu deyir.

Həkim hesab edir ki, əgər bu ətirlərdən istifadə mütləqdirsə, ondan sadəcə geyimlərə vuraraq istifadə etmək olar.

Daha ətraflı videomaterialı təqdim edirik. 


Etiketlər:  Qramla satılan ətirlər ciddi problemlərə səbəb bilər VİDEO


RƏYLƏR