Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Oğluma müğənni qız alaram''

''Oğluma müğənni qız alaram''

Tarix: 10 May 2025 23:25

"Müğənni nümunə göstərin ki, ata-anasını qocalar evinə qoyub, övladlarını uşaqlar evinə atıb. Niyə yaxşı müğənni yoxdur?".

Sonxeber.net xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli oğlunun müğənni qızla ailə qurmasında heç bir əngəl görmədiyini vurğulayıb:

"Oğluma müğənni qız alaram. Araşdıraram kimdir. Hər hansı qızı, ailsəni araşdırmırsınız? Bakı balaca şəhərdir. Müğənni olmayanların hamısı aydan arı, sudan durudur? Digər sahələrdən olanların başqa hərəkət edənləri yoxdur? Müğənnisi də, müəllimi də, mühəndis də elədir. Yaxşısı da var, pisi də. Hansı olsa, araşdırıb ona görə hərəkət edəcəksən. Bunlar mənim üçün rol oynamır, əsas insanlıqdır". (Axşam.az)


Etiketlər:  Oğluma müğənni qız alaram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ