Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2025 12:34
"Fənərbağça"nın qapıçısı Dominik Livakoviç mövsümün sonunda komandanı tərk edəcək.
Sonxeber.net xəbər verir ki, Xorvatiyalının "sarı-lacıvərdlilər"dən ayrılacağı dəqiqdir.
İstanbul klubu yayda yeni qapıçı transfer edəcək.
Livakoviç 2023-cü ilin yayında "Fənərbağça"ya transfer olunub. O, cari mövsüm 31 oyunun 9-da qapısını toxunulmaz saxlamağı bacarıb. /Offsideplus.az