Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2025 14:25
Müğənnilər Sevil və Sevinc Səfərova bacıları maraqlı açıqlamalar verib.
Sonxeber.net xəbər verir ki, sənətçilər səhnədə özlərinə qoyduqları qadağalardan danışıblar.
Səfərovalar toy məclislərində iştirak üçün qoyduqları qiymətə endirim etmədiklərini də sözlərinə əalvə ediblər:
"Məclislərə dəvət olunarkən endirim mövzusu olmur. Bu, kartof-soğan, alış-veriş deyil ki, endirim edilsin. Bəlli bir məbləğ var. Hansısa insan o pulu verirsə, o zaman başqasına ucuz gedirsəmsə, hörmətsizlik edirəm. Əgər həqiqətən də imkanı çatmır, lakin çox istəyirlər ki, balalarının xeyir işində iştirak edək, o zaman endirim etmədən, hədiyyə kimi gedərik. Ümumiyyətlə endirim etmirik. Pis başa düşürlər, amma gəldiyimiz ilk gündən kişi məclisində çıxış etməmişik. Bu qaydalar ilk gündən qoyulub. Və heç vaxt kabinetlərdə çıxış etmirik. O mənim rəfiqəm, dostum olsa, belə səhnə almayacağıq. Bu, heç bir qonorar qarşılığında mümkün deyil. Bəy olsaydım, hər yerə can atardım. Xanımıq deyə, istər-istəməz özümüzü qorumalıyıq. Hər bir insanın tərbiyəsi var. Gedənlərə də hörmətimiz var".