Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Klub prezidenti meydanda baş məşqçiyə ''qulaq burması'' verdi - FOTOlar

Klub prezidenti meydanda baş məşqçiyə ''qulaq burması'' verdi - FOTOlar

Tarix: 13 May 2025 19:14

İngiltərə Premyer Liqasının 36-cı turunun "Nottingem Forest" - "Lester" oyunundan sonra qalmaqal baş verib.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, meydan sahibləri əsas liqanı tərk etməyi dəqiqləşən komanda ilə oyunda vacib 2 xaldan olublar. 

Bu nəticə ilə "Nottingem"in Çempionlar Liqasına vəsiqə verən pilləni tutmaq üçün şansı xeyli azalıb.

Xal itkisi klubun yunanıstanlı sahibi Evangelos Marinakisin əsəblərini tarıma çəkib. O, matç bitər-bitməz meydana enib və portuqaliyalı baş məşqçi Nuno Espirito Santonu möhkəm danlayıb.

Qeyd edək ki, "Nottingem Forest" - "Lester" qarşılaşması 2:2 hesabı ilə başa çatıb. Mövümün başa çatmasına 2 tur qalmış "Nottingem Forest" 62 xalla 7-ci yeri tutur.

"Lester"ə qalib gələcəyi təqdirdə, komanda 63 xalı olan "Çelsi" və "Aston Villa"nı qabaqlayacaqdı və ÇL-ə vəsiqə verən 5-ci pilləyə yüksələcəkdi.

Hüseyn


Etiketlər:  Klub prezidenti meydanda baş məşqçiyə qulaq burması verdi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ