Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2025 20:14
"Neftçi"dən ayrılan Yuri Matias karyerasını Rumıniyada davam etdirə bilər.
Sonxeber.net xəbər verir ki, braziliyalı müdafiəçi ilə sabiq klubu ÇFR maraqlanır. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
30 yaşlı müdafiəçi 2023-cü ilin yayında məhz ÇFR-dən 400 min avro qarşılığında "Neftçi"yə transfer edilmişdi. O, "ağ-qara" formada başa çatan mövsümdə 33 oyuna çıxıb, 5 qol vurub. "Neftçi" Matiasla müddəti başa çatan müqaviləni uzatmayıb.