Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən bahalı futbolçuları

Dünyanın ən bahalı futbolçuları

Tarix: 4 Iyun 2025 09:10

Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CEIS) versiyasına əsasən, "Barselona"nın 17 yaşlı hücumçusu Lamin Yamal dünyanın ən bahalı futbolçusudur.

Sonxeber.net xəbər verir ki, ispaniyalı oyunçunun dəyəri 402,3 milyon avro məbləğində qiymətləndirilir.

Dünyanın ən bahalı 10 futolçusu onlardır:

1. Lamin Yamal ("Barselona") - 402,3 milyon avro;

2. Erlinq Haaland ("Mançester Siti") - 239,6 milyon avro;

3. Cud Bellinqem ("Real Madrid") - 233,8 milyon avro;

4. Kilian Mbappe ("Real Madrid") - 192,5 milyon avro;

5. Camal Musiala ("Bavariya") - 154,8 milyon avro;

6. Pedri ("Barselona") - 143,7 milyon avro;

7. Vinisius Junior ("Real Madrid") - 130,4 milyon avro;

8. Koul Palmer ("Çelsi") - 126,5 milyon avro;

9. Xulian Alvares ("Atletiko Madrid") - 126 milyon avro;

10. Florian Virts ("Bayer") - 122,3 milyon avro.


Etiketlər:  Dünyanın bahalı futbolçuları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ