Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2025 09:20
"Sent Vinsent" kimi tanınan müğənni və bəstəkar Enn Erin Klark konsert məkanlarının birində səhnə alıb.
Sonxeber.net xəbər verir ki, onun konsertindən yayılan görüntü geniş müzakirələrə səbəb olub.
Belə ki, ifaçının səhnədə mühafizəçi ilə şousu onu dillərə salıb. Vinsentin yüzlərlə tamaşaçının gözləri qarşısında dizlərini kişinin çiyninə aşıraraq, başına sığallaması birmənalı qarşılanmayıb.
Sosial şəbəkə istifadəçiləri çıxılmaz vəziyyətdə qalan mühafizəçiyə dəstək olaraq, 43 yaşlı müğənnini hərəkətinə görə tənqid ediblər. Bəziləri isə cangüdənin halından məmnun olduğunu idda ediblər.
Qeyd edək ki, Sent Vinsent bir çox nəşrlər tərəfindən 21-ci əsrin ən yaxşı gitaraçıları sırasına da daxil edilib.
Sözügedən görüntüləri təqdik edirik:
Musa