Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2025 16:35
Xalq artisti Röya Ayxanın səhhətində problem yaranması ilə bağlı məlumat yayılıb.
Sonxeber.net xəbər verir ki, müğənninin paytaxtda yerləşən özəl klinikalardan birinə müraciət etdiyini və həkim müayinəsindən keçdiyi barədə xəbərlər yayılıb.
Oxu.az-a açıqlama verən Xalq artisinin köməkçisi onun səhhətində heç bir problem olmadığını bildirib:
"Xalq artisti Röya Ayxanın səhhətində hər hansı bir problem yoxdur. Hazırda o, özünü yaxşı hiss edir. Sadəcə olaraq sənətçinin atasının səhhətində problem yaranıb, ona görə də Röya xanım xəstəxanaya gedərək atasına baş çəkib", - deyə açıqlamada bildirilir.