Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2025 12:38
Premyer Liqaya yüksələn İngiltərənin məşhur klubu "Lids Yunayted" "Beşiktaş"ın gənc hücumçusu Semih Kılıçsoy üçün 21 milyon avro ödəməyə hazırdır.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, ötən mövsüm Çempionşipin çempionu olan və Premyer Liqaya vəsiqə qazanan "Lids" transfer hədəfini Türkiyəyə yönəldib. Komandanın baş məşqçisi Daniel Farkenin rəhbərliyi altında klubun Semih Kılıçsoyu növbəti mövsüm heyətinə qatmaq istədiyi bildirilir.
Mənbənin iddiasına əsasən, ingilislər uzun müddətdir 19 yaşlı hücumçunu izləyir və onun transferi üçün 21 milyon avro büdcə ayırıb.
Digər tərəfdən, təkcə Semih yox. "Fulhem"da çıxış edən Rodrigo Muniz və Belçikanın "Union SG" klubunda forma geyinən Noah Sadiki də "Lids Yunayted"in transfer hədəfləri arasındadır.
Xatırladaq ki, Semih Kılıçsoy ötən mövsüm "Beşiktaş forması ilə 47 oyunda meydana çıxıb. Onlardan 19-na start heyətində başlayan futbolçu 4 qol və 3 assistlə yadda qalıb.
Tural