Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Binəqədi yolundakı təmir nə vaxt bitəcək?

Binəqədi yolundakı təmir nə vaxt bitəcək?

Tarix: 20 Iyun 2025 13:32

Binəqədi yolunda aparılan işlər ilə bağlı yolda iki həftədən çoxdur ki, gərgin vəziyyət yaranıb. Yolda nəqliyyatın hərəkəti iflic olub, avtobuslar ləngiyir, sərnişinlər kilometrlərlə yolu piyada getmək məcburiyyətində qalırlar.

Ötən ayın sonundan başlayan təmir işləri hələ də yekunlaşmayıb. Əksinə, daha çox ərazilərdə hərəkət qismən məhdudlaşdılıb.

Qeyd edək ki, Sonxeber.net-a verilən məlumata görə ərazidəki işlər Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən verilmiş sxemə və "Azərsu" ASC-nin texniki şərtinə əsasən həyata keçirilir. Binəqədi şosesində inşa edilmiş yaşayış komplekslərinə kanalizasiya xəttlərinin çəkilməsi məqsədilə müvafiq razılıq alınaraq sözügedən ünvanda sonradan bərpa edilmək şərti ilə asfalt örtüyü sökülüb. İşin icrası zamanı nəqliyyatın hərəkəti tam dayandırılmayıb. Təmirin nə vaxt yekunlaşacağına dair məlumat verilmir.


Etiketlər:  Binəqədi yolundakı təmir vaxt bitəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ