Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2025 19:12
20 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.
XİN-dən Sonxeber.net-a verilən xəbərə görə, səfər çərçivəsində xarici işlər nazirinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında, habelə dəyirmi masalarda və İƏT əlaqə qruplarının iclaslarında iştirakı nəzərdə tutulub.
Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.