Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2025 10:02
Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının (İJF) Atletlər Komissiyasına üzv seçilib.
Bu, Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı zamanı təşkil olunan seçkilər nəticəsində mümkün olub.
İdmançılar öz nümayəndələrini seçdikdən sonra IJF İcraiyyə Komitəsi də əlavə üzvləri təyin edib. Yeni komissiya 2025-2029-cu illərdə fəaliyyət göstərəcək.
Hidayət Heydərov Olimpiya, dünya və dördqat Avropa çempionu olaraq IJF İcraiyyə Komitəsinin qərarı ilə bu mühüm vəzifəyə gətirilib ki, bu da Azərbaycan idmanı üçün böyük qürurdur.