Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Taekvando Federasiyasının baş katibi istefa verdi

Taekvando Federasiyasının baş katibi istefa verdi

Tarix: 21 Iyun 2025 13:24

Azərbaycan Taekvando Federasiyasının baş katibi Rüstəm Bağırlı vəzifəsindən ayrılıb.

Sonxeber.net xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, öz istəyi ilə istefa verib.

Federasiyadan saytımıza məlumatı təsdiq ediblər.

Baş katiblə yanaşı komandanın həkimi Ruslan Şərifov da komandadan gedib. O da öz xahişi ilə işindən ayrılıb.

Onların ayrılıq səbəbi açıqlanmasa da, hər ikisinin maddi məsələlərə görə federasiyadan getdiyi bildirilir. Federasiya isə bu məlumatı təkzib edib.

Qeyd edək ki, Rüstəm Bağırlı iki il öncə Azərbaycan Taekvando Federasiyasının baş katibi təyin edilmişdi.


Etiketlər:  Taekvando Federasiyasının baş katibi istefa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ