Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2025 17:30
"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı "Sele" (Sloveniya) komandası ilə matçlarının başlama saatı açıqlanıb.
Sonxeber.net xəbər verir ki, məlumatı UEFA-nın mətbuat xidməti yayıb.
İyulun 10-da "Bank Respublika Arena"da keçiriləcək görüş saat 20:00-da start götürəcək. Ayın 17-də Sloveniyada baş tutacaq cavab qarşılaşması isə saat 22:00-da başlayacaq.