Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı iş adamı Türkiyədə 4 milyon avroya klub aldı - FOTO

Azərbaycanlı iş adamı Türkiyədə 4 milyon avroya klub aldı - FOTO

Tarix: 23 Iyun 2025 09:36

Türkiyənin "Serik Belediyespor" klubunun səhmlərinin 50 faizini 4 milyon avroya alan azərbaycanlı iş adamının adı açıqlanıb.

Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, bu, daha əvvəl Rusiya "Ximki"sinin əsas səhmdarı olmuş Tufan Sadıqovdur.

Sadıqov Türkiyə I Liqasına vəsiqə qazanan komandaya vaxtilə Azərbaycanda da çalışmış Sergey Yuranı baş məşqçi təyin edəcək. Bu barədə rəsmi məlumat yaxın günlərdə açıqlanacaq.

Yuranın son iş yeri 2024-cü ilin aprelində ayrıldığı "Pari NN" komandası olub. O, 2011-ci ilin iyulundan 2012-ci il fevralın 27-dək Zaqatalanın "Simurq" komandasının baş məşqçisi olub. Ötənlərin tanınmış futbolçusu 2022-ci il fevralın 23-dən avqustun 9-dək "Ximki"də də eyni vəzifədə çalışıb.

Qeyd edək ki, "Ximki" 2024/2025 mövsümündə 30 oyundan 29 xalla 12-ci pilləni tutaraq, Rusiya Premyer Liqasında yerini təmin edib. Lakin ödənilməmiş borclarının qaldığını səbəb gətirən Rusiya Futbol İttifaqı kluba növbəti mövsüm üçün lisenziya verməyib. Nəticədə iyunun 18-də komanda fəaliyyətini dayandırıb.


Etiketlər:  Azərbaycanlı adamı Türkiyədə milyon avroya klub aldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ