Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2025 08:50
Müğənni Nazim Pişyari həmkarı Elariz Məmmədoğlu ilə əlbəyaxa davasından danışıb.
Sonxeber.net xəbər verir ki, bu barədə o, "Rəngarəng"də açıqlama verib.
Nazim deyib ki, həmin davaya görə, peşmandır:
"Elarizlə aramızda aqressiya var idi. Bir-birimizin arxasınca danışmışdıq. Söz aparıb-gətirənlər var idi, mən bilərək şərait yaratdım ki, dava olsun. Çünki bezmişdim. Orada Rafaellə Coşqun var idi, masada əyləşdim, uşaqlardan biri dedi ki, "Nazimin sağlığına içirik". Qədəhi götürdüm, toqquşduranda, öz qədəhini geri çəkdi.
Dedim, burada bitdi, çünki məni pərt etdi. Qapının ağzında gözlədim, o, çıxanda ayağımı qoydum, ilişib yıxılmaq istədi. Ayağa qalxanda onu vurdum. İndi çox peşmanam. Düz hərəkət etmədim". (Bizim.Media)