Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Klublararası dünya çempionatı: 1/8 final mərhələsinə start verilir

Klublararası dünya çempionatı: 1/8 final mərhələsinə start verilir

Tarix: 28 Iyun 2025 09:52

ABŞ-də keçirilən klublararası dünya çempionatı davam edir. Bu gün turnirin 1/8 final mərhələsinin oyunlarına start veriləcək.

Sonxeber.net xəbər verir ki, günün ilk qarşılaşmasında Braziliya klubları üz-üzə gələcək. Saat 20:00-da "Palmeyras" və "Botafoqo" komandaları arasında "Braziliya derbisi" baş tutacaq.

Gecəyarısı, saat 00:00-da isə daha bir maraqlı qarşılaşma oynanılacaq - "Benfika" (Portuqaliya) "Çelsi"yə (İngiltərə) qarşı mübarizə aparacaq.

Qeyd edək ki, 32 komandanın iştirak etdiyi turnir iyunun 15-də start götürüb və iyulun 13-dək davam edəcək. Artıq iştirakçıların yarısı mübarizəni dayandırıb.


Etiketlər:  Klublararası dünya çempionatı final mərhələsinə start verilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ